Marixuana istifadəçiləri cərimələnəcək

3 qramdan az miqdarda marixuana aşkarlanan şəxs 75 avro məbləğində cərimələnəcək.

Lent.az-ın "interfaks"-a istinadən məlumatına görə, bu, Belçikanın Antverpen şəhərinin yerli bələdiyyəsinin daxili məruzəsindəndir.
Həmin qərara əsasən, bundan sonra polis üzərində narkotik maddə aşkarlayan şəxsi 7 avro məbləğində cərimələyəcək.

Bununla da Antverpen Belçikanın başqa bölgələri ilə müqayisədə narkotik maddələrin qəbuluna qarşı daha kəskin qaydalar tətbiq edib. Belçikanın federal qanununa əsasən, yetkinlik yaşa çatan vətəndaş 3 qramdan az "yüngül narkotik maddə" gəzdirə bilər. Bu zaman o, heç bir məsuliyyət daşımır.

Antverpen Belçikanın Brüsseldən sonra ikinci böyük şəhərdir. O, Flandriya əyalətinin mərkəzidir. 2010-cu ildə dünyanın ən iri 20 liman şəhərləri siyahısına daxil olub.

Avropada Niderland krallığını Rotterdam şəhərindən sonra Antverpen ikinci limandır.


AzNews.az