- Köhnə - Dünya
- 10 Sentyabr 2013 20:29
- 3 746
Deputat "Facebook"da tanış olduğu uşağa təcavüz etdi
Onun barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Deputat yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham edilir.
AzNews.az NEWSru-ya istinadən xəbər verir ki, deputat qızla 2013-cü ilin avqustunda sosial şəbəkədə tanış olub. O, özünü qıza model agenti kimi təqdim edərək, onu Stavropoldakı mənzilinə gətirib və çılpaq vəziyyətdə şəkillərini çəkib.
Daha sonra qıza qarşı seksual hərəkətlər edən deputat onu lüt şəkillərini internetdə yaymaqla hədələyib.
Deputata qarşı cinayət işi açılıb.
Elnur
AzNews.az