Sərnişinlərin çoxu ayın 13-ə düşən aviareysdən imtina etdi

Ayın 13-ü cümə gününə düşürsə, bir çoxları bunu çox uğursuz gün kimi hesab edirlər.

Bəs belə bir gündə uçacağınız avriareysin nömrəsi 666 olsa necə?

Belə bir hal Finlandiya aviaşirkəti olan "Finnair"in bu gün Kopenhagendən Helsinkiyə istiqamət götürməli olan təyyarəsində qeydə alınıb.

Daim tam dolu olan adıçəkilən reys, bu günün tarixi və reysin nömrəsinə görə yarıboş uçub.

Pilotlar öz aralarında zarafat edərək, bildiriblər ki, əgər sərnişinlərdən kiminsə reysin nömrəsi ilə bağlı sualı varsa, o istənilən an pilotların kabinəsinə daxil olub, cavab ala bilər.

Bütün bu nəhs nömrə təsadüflərinə baxmayaraq, təyyarə uğurlu uçuş edərək, mənzil başına sağ-salamat çatıb.(gun.az)

AzNews.az