Neft şirkətlərinə terrorla bağlı xəbərdarlıq

Federal Təhqiqatlar Bürosu (FBR) ABŞ-ın energetika şirkətlərinə terror təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə "Reuters"ə Yanacaq Ticarətçiləri Assosiasiyasından (RMAA) bildirilib.

RMAA-nın öz assosiasiyasının üzvlərinə müraciətində qeyd olunub ki, ABŞ-ın xüsusi xidmət orqanları terrorçuların kütləvi məhv məqsədilə istifadə üçün neft saxlama anbarlarından nəqliyyat alma və ya oğurlama cəhdlərindən narahatdır. Mümkün terror aktlarından xəbərdarlıq məqsədilə yeni müştərilərlə, xüsusən əcnəbilərlə iş zamanı ehtiyatlı olmaq məsləhət görülüb.

RMAA rəhbərliyi FBR tərəfindən xəbərdarlığın hansısa konkret hallarla bağlı olmadığına da aydınlıq gətirib. Belə bir xəbərdarlıq ötən il 11 sentyabr terror aktının 10-cu ildönümü ərəfəsində də edilib.

CNN isə xəbər verir ki, sentyabrın 12-də FBR-in xəbərdarlığı ərəfəsində "Əl-Kaidə" lideri Ayman əl-Zavahiri müraciət yayaraq, tərəfdarlarını ABŞ və bu ölkənin bütün dünya üzrə nümayəndəliklərində terror aktları həyata keçirməyə çağırıb. Avqustda isə ABŞ Afrika və Yaxın Şərq ölkələrində 19 səfirliyini və missiyalarını bağlayıb. Səbəb "Əl-Kaidə" lideri ilə Yəmən nümayəndəliyinin rəhbəri Naser əl-Vuxayşinin danışıqlarını ələ keçirən ABŞ xüsusi xidmət orqanlarının terror xəbərdarlığı olub. Həmin xəbədarlıqda terrorçuların planlaşdırdıqları hücumun 11 sentyabr 2011-ci il terror aktından sonra ən iri terakt ola biləcəyi vurğulanıb.(lent.az)

AzNews.az