Gözəl görünmək üçün evini satdı - Fotolar

"Bu ev həyatımın arzusu idi. Onu alanda çox sevinmişdim. Lakin satdım və əsla təssüflənmirəm. Çünki toyumda gözəl görünmək istəyirdim. Məqsədimə çatdım. Üstəlik, sevgilim də məni dəstəklədi, məni anladı".

İngiltərənin Linkolnşir qraflığındakı Speldinq şəhərinin sakini Tsia Pallen belə deyir.

Toy günü çox gözəl gəlin olmaq istəyən 34 yaşlı Tsia artıq çəkisindən qurtulmaq və daha arıq olmaq üçün çoxsaylı plastik cərrahiyə əməliyyatlarına 22 min funt-sterlinq xərcləyib.

Qadının əməliyyatlar üçün pulu olmadığından o, evini 80 min funta satmışdı.

Tsia Pallenin çəkisi 97,5 kq idi və qadın çəkisinə nifrət edir, vücudunu bəyənmirdi.

Bu səbəbdən də o, qarnındakı piylərin çıxardılması, sinə ölçülərinin dəyişdirilməsi, baldır və qollarının ölçülərinin kiçildilməsi, habelə belinin incəldilməsi məqsədilə plastik cərrahiyyə əməliyyatları üçün klinikaya üz tutmuşdu.

"Qızların çoxu toy ərəfəsində bir-iki kiloqram arıqlamaq üçün səy göstərirlər. Toy hər qızın həyatında böyük hadisəlir. Lakin mən daha radikal addım atdım. Evimi satdım və cərrahiyyə əməliyyatlarının pullarını ödədik", - Tsia Pallen deyir.

Onun sözlərinə görə, bilavasitə plastiki və kosmetik cərrahiyə əməliyyatlarına 19 min funt xərcləyib, yol və ilkin müayinə xərcləri isə 3 min funt-sterlinq olub.

Ev 80 min funt-sterlinqə satılıb.

"Həyatım boyu çəkimlə mübarizə aparmışam, arıqlamağa, incəlməyə çalışmışam. Fəqət, səylərim bir nəticə verməyib. Ona görə çıxış yolu qismində plastiki cərrahlara üz tutmağı gördüm", - Pallen gülümsəyərək söyləyir.

Onun sözlərinə görə, nişandan əvvəl evini satışa çıxarıb və sevgilisi Alister də onu dəstəkləyib.

Tsia Pallinin qarnındakı piylərin çıxarılması ilə bağlı ilk əməliyyat Belçikada keçirilib. Daha sonra qarnının dərisi yığılıb, baldır və qollarında əməliyyatlar aparılıb.

Taksi sifarişində qeydiyyatçı-operator işləyən Tsia Pallen həyat yoldaşı Alister ilə 2003-cü ildə tanış olublar.

"Mən Tsianın özünə belə əzab verməsini istəmirdim. Onu olduğu kimi sevmişəm və sevirəm. Lakin Tsia nəyisə qarşısına məqsəd qoydusa, mütləq çatmalıdır. Xasiyyəti belədir. Mən də onun seçiminə, qərarına sayğı ilə yanaşdım. Evə gəldikdə isə... Pul qazanarıq, yenidən ev alarıq. Ev problem deyil", - Alister deyib.(milli.az)

AzNews.az
image description image description image description image description image description