Erməni qadın ərinin qatilinə ərə getdi- Foto

Rusiyanın Rostov vilayətində 30 nəfəri qətlə yetirmiş ailənin üzvləri həbs olunublar. "Qatillər ailəsi"nə Rusiya DİN-in mərhum zabitinin dul qadını İnessa Tarverdiyeva, onun qohumları və polis zabiti daxildilər.

"Amazon qadınlar" adlandırılan bu qruplaşma son 6 ildə 30 nəfəri qətlə yetirib.

Rusiya DİN-in Rostov Baş İdarəsinin rəisi Andrey Larionovun dediyinə görə, ilkin olaraq qruplaşmanın 18 nəfəri qətlə yetirdiyi düşünülürdü.

"Onlar qətllərlə bahəm, sayı bilinməyən quldurluq, qarət və oğurluqlar da ediblər. Bu bandanın qurbanlarının və onların cinayətlərinin sayını dəqiqləşdirməyə çalışırıq. Rostov vilayətində banda 2007-ci ilin iyulundan bəri cinayətlər törətməyə başlayıb", - Larionov deyib.

Onun sözlərinə görə, polisdəki böyük iş təcrübəsinə rəğmən, bandanın başçısı, 46 yaşlı İnessa Tarverdiyevanın qəddarlığı, hətta vəhşiliyi onu şoka salıb.

Çünki sabiq ibtidai sinif müəlliməsi İnessa Tarverdiyeva uşaqları belə, xüsusi amansızlıqla qətlə yetirirdi.

Banda üzvlərinin evlərində aparılan axtarışlar zamanı cinayətlərdə istifadə olunmuş 20 odlu silah, pullar və qiymətli əşyalar, cinayətlərin epizodlarının yazıldığı qeydlər, 1 milyon rubldan artıq nağd pul, çini vazalarda zinət əşyaları tapılıb.

İnessa Tarverdiyevanın başçılıq etdiyi bandaya Yol-Patrul Xidmətinin zabiti Sergey Sinelnikov və onun arvadı Anastasiya, Anastasiyanın 35 yaşlı qardaşı Roman, habelə Romanın ögey qızları - 13 yaşlı Anastasiya və 25 yaşlı Viktoriya daxildi.

35 yaşlı stomatoloq Roman 46 yaşlı İnessa Tarverdiyevanın qeyri-rəsmi nikahdakı əridir.

Bandanın ən çox səs-küy salan cinayəti Nijni Novqorod şəhər xüsusi təyinatlı polis dəstəsinin (SOBR) polkovnik-leytenantı Dmitri Çudakovun, habelə onun arvadı və uşaqlarının amansızcasına qətlə yetirilməsi idi.

Tarverdiyevanın bandası sonralar bir neçə nəfər polis əməkdaşını qətlə yetirib.

Xüsusi təyinatlı polis dəstəsinin üzvü Çudakovun qətlə yetirildiyi yerin yaxınlığında isə polislər üzərinə "Mənim sevimli amazonkama", "Mənim sevimli bandit qadınıma" yazılmış 3 bıçaq tapmışdlılar.

Tarverdiyevanın bandası 2013-cü ilin sentyabrın 89-dək Aksay, Novoçerkassk şəhərləri və "Don" avtotrasında qətl, qarətlərlə məşğul olub.

Sentyabrın 8-də, səhər saat 4 radələrində polis patrulu "Don" trasının kənarındakı meşəlikdə əl fənərlərinin işığını görüb və bu adamların kimliyini müəyyənləşdirmək istəyib.

Polisləri görəndə Roman və onun ögey qızı, İnessanın böyük qızı Viktoriya onlara atəş açıblar. Atışmada avtomatla silahlanmış Roman və polis serjantı İvan Şaxov qətlə yetirilib.
Digər polis serjantı Aleksey Laqoda sağ qolundan yaralanıb.
Viktoriya yaralanıb, o cümldən qarnından yara alıb və aradan çıxmağı bacarıb. Lakin az sonra o, bacısı və anası İnessa ilə tutulub.

Bir qədər sonra isə polislər həmkarları Sergey Sinelnikovla onun arvadını tutublar.

İbtidai istintaqda bəlli olub ki, Viktoriya və onun atalığı iki nəfərin qətlə yetirildiyi qarətdən qayıdırmışlar.

Onlar 1 butulka şampan, araq, toyuq budları qutusu və qızıl üzük üstündə ərlə arvadı evində güllələmişdilər.

DonNews bildirir ki, İnessa Tarverdiyeva ilk ifadəsində bildirib ki, qruplaşmanın başçısı onun əri Roman olub. Roman polislərlə atışmada qətlə yetirilib.

"Roman növbəti qurbanı, habelə hücumda istifadə ediləcək silahı seçirdi. Mən isə geriyə çəkilmək üçün yolları hazırlayırdım. Təcrübəmi isə həyatdan almışam", - İnessa bildirib.

Polisdən verilən məlumata görə, cinayətkar qruplaşma Romanın Stavropolda İnessanın ərini, DİN zabitini qətlə yetirməsindən sonra başlanıb.

İnessa bundan sonra ərinin qatili ilə sevişib, onunla yaşamağa başlayıb və sonucda Romanla İnessa Rostov vilayətinə köçüblər.

2009-cu ildə desantçı Dmitri Çudakovu öldürən banda bununla kifayətlənməyərək hərbçinin arvadı İrinanı, 7 yaşlı oğlu Saşanı gülləlyiblər. Daha sonra isə Çudakovun 11 yaşlı qızı Veronika 37 dəfə bıçaqlanaraq vəhşicəsinə öldürülmüşdü.

Milli.Az Rostovskie Novosti-yə istinadən bildirir ki, "Amazon qatillər" bandasının lideri İnessa Tarverdiyevanın erməni olduğu bildirilir. O, törətdiyi cinayətlərin əksəriyyətini qətiyyətlə təkzib etsə də, 5 polis zabitini öldürdüyünü boynuna alıb.(milli.az)

AzNews.az