BMT-dən siyasi məhbusların azadlığa buraxılmasına reaksiya

BMT baş katibi Pan Gi Mun İran prezidenti Həsən Ruhaninin seçkiqabağı vədlərini yerinə yetirilməsi istiqamətində addım kimi İranda bir sıra siyasi məhbusların azadlığa buraxılmasını alqışlayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

"İran beynəlxalq birliklə dialoqa şərait yaradan, yeni hökumətin səylərini alqışlayıram," - Pan Gi Mun BMT-nin Nyu-Yorkdakı qərargahında cümə axşamı mətbuat konfransında bildirib.

"Mən şadam ki, nəhayət onlar fəaliyyətə başlayıb," - baş katib İran hakimiyyəti tərəfindən 12 siyasi məhbusun, o cümlədən 2012-ci ildə Saxarov adına mükafat almış vəkil və hüquqmüdafiəçisi Nəsrin Sotoudex daxil olmaqla azad olunması ərəfəsində qeyd edib.

"Mən Ruhaninin vədləri tam yerinə yetirilməsi üzrə konkret addımlarla razıyam", - Pan Gi Mun deyərək, bildirib ki, gələn həftə BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində prezidentlə görüşmək niyyətindədir.

AzNews.az