Nayrobidə ölənlər arasında prezidentin ailə üzvləri də var

Keniya prezidenti Uxura Keniatta paytaxt Nayrobidəki ticarət mərkəzinə silahlı hücum nəticəsində ölənlərin arasında yaxın qohumlarının olduğunu bəyan edib.

Bunu Keniatta xalqa telemüraciətində bəyan edib.

"Mən Allaha bu faciədə sizə yardımçı olmağını dua edirəm. Sizin hansı hisslər keçirdiyinizi mən yaxşı bilmirəm, çünki özüm də bu hücum nəticəsində ailəmin üzvlərini itirmişəm", deyə Keniatta bildirib.

Son məlumata görə, hücum nəticəsində 39 nəfər ölüb, 150-dək insan isə yaralanıb.

Qeyd edək ki, Somalinin "Əş-Şəbab" islamçı qruplaşması Keniyanın paytaxtı Nayrobidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə qruplaşmanın "Twitter"dəki açıqlamasında bildirilir.

Ticarət mərkəzinə hücum zamanı 7 nəfər girov götürüldüyü bildirilir. Hücum edən şəxslər avtomat silahdan və əl qumbaralarından istifadə edib.

Məlumata görə, polis hadisəni törədən şəxslərdən birini öldürməyə, qalanlarını isə mərtəbələrin birində mühasirəyə almağa müvəffəq olub. Terrorçuların polislə danışıqlar aparmaq niyyətində olmadığı bildirilir. (apa)

AzNews.az