İlk nüvə müzakirələri sentyabrın 27-də keçiriləcək


İranla "altılıq" ölkələri arasında ilk nüvə müzakirələri sentyabrın 27-də səhər saatlarında keçiriləcək.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, danışıqlar xarici işlər nazirləri səviyyəsində baş tutacaq.

Müzakirələrdə ABŞ dövlət katibi Con Kerrinin də iştirak edəcəyi bildirilir. İranla "altılıq" ölkələri arasında nümayəndə heyətləri səviyyəsində ilk nüvə müzakirələrinin bu ilin oktyabrında Cenevrə şəhərində keçirilməsi planlaşdırılır. Hələlik bu danışıqların tarixi dəqiqləşdirilməyib.

Qeyd edək ki, bununla bağlı qərar sentyabrın 23-də Nyu-York şəhərində, BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında keçirilmiş görüşdə qəbul olunub.

AzNews.az