Kerri BMT-nin silah ticarəti müqaviləsini imzaladı

ABŞ-ın dövlət katibi Con Kerri sentyabrın 25-də adi silahların satışının məhdudlaşdırılmasına dair BMT-nin müqaviləsini imzalayıb.

"Fox News" telekanalı bu haqda məlumat yayıb.

ABŞ Dövlət Departamentinin təmsilçisi bildirib: "Müqavilə xarici tədarük olunan adi silahların dünyada cinayət törədən qrupların əlinə keçməsi riskini azaldacaq".

Məlumata əsasən, qurum vurğulayıb ki, bir neçə on illər ərzində hazırlanmış müqavilə adi silahların qanunsuz yolla ticarətini dayandırmağa çağırışdır: "Bu qanunsuz yolla ticarət terrorçulara sərfəlidir".

Sənədin imzalanması onu təsdiqləyən qanunverici orqanın üzvlərini etirazına səbəb olub. (lent.az)

AzNews.az