Dünyanın ən bahalı brendi- «Apple»

"Apple" dünyanın ən bahalı brendi seçilib.

"APA-Economics"in məlumatına görə, bu barədə məşhur "Interbrand" şirkətinin hesabatında deyilir.

Məlumata görə, reytinq müəllifləri "Apple" brendinin dəyərini 98,316 mlrd. ABŞ dolları dəyərində qiymətləndiriblər. Buna səbəb brendin dəyərinin 28% artmasıdır.

Son 13 ildə bu siyahıya "Coca-Cola" brendi başçılıq edib. Bu brendin dəyəri cəmi 2% bahalaşaraq 79,213 mlrd. dollar olub və reytinq siyahısında üçüncü olub.

Siyahıda ikinci yeri isə dəyərini 34% artıraraq 93,291 dollar olan "Google" tutub.

Reytinqdə ilk onluğuna həmçinin IBM, "Microsoft", "Samsung", GE, "Intel", "McDonald`s" brendləri də daxil olub. Dünyanın ən bahalı brendlərinin ilk onluğunu isə dəyəri 35,346 mlrd. dollar olan "Toyota" qapadır.