Suriyada daha 57 nəfər həyatını itirdi

Suriyada dünən baş verən bombardmanlar nəticəsində 57 nəfər həyatını itirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxalif qüvvələrin hücumu nəticəsində aralarında 6 qadın və 3 uşağın olduğu bu adamlardan 8 nəfərin isə işgəncəylə öldürüldüyü bildirilib.

Eyni zamanda paytaxt Şam ərazisində 15, İdlibtə 10, Derada 10, Həlbdə 8, Xama və Xümsdə 10, Küneytrada 2, Deyr-ez-zoradda 2 nəfər olmaqla 57 günahsız insanın qətlə yetirildiyi açıqlanıb.

Elcan
AzNews.az