Londonda İslam əleyhinə mitinq: 160 nəfər saxlanıldı


AzNews.az Reyters agentliyinə istinadən xəbər verir ki, dünən Londonda aksiya keçirənlərdən 160 nəfər saxlanıb.
Londonun şimalindakı mitinqdə antiislami şüarları ilə qatılanlardan təqribən 500 nəfəri millətçi olub. Millətçilərə qarşılıq bir neçə min antifaşistin təşkil etdiyi tədbir birinci aksiyayanı tarazlaşdırmaq üçün nəzərdə tutulub. Tədbirlərə nəzarət üçün 3 min polis səfərbər edilib.
London polisi millətçilərə Londonun şimalindakı müsəlmanların kompakt yaşadığı Tauer-Xamlets rayonuna yürüş etməyi qadağan edib. İkinci nümayişçilərə isə tədbirlərini keçirdikləri yerdən təbərməmək əmr olunub. Bundan başqa tədbirlərin keçirmə müddəti də məhdudlaşdırılıb.
Agentlik xəbər verir ki, saxlanılanlardan çoxu antifaşistlərin nümayəndələri olub. Polisdən xəbər verilib ki, 150 nəfər mitinqlərdən ayrılaraq, millətçilərin yürüşlərini yekunlaşdiracağı Tauersk körpüsünə tərəf hərəkət edən zaman saxlanılıblar. Qalan 14 nəfər asayişi pozmağa cəhd etdiklərinə və üzərlərində soyuq silah və fişəng gəzdirdiklərinə görə polisə düşüblər. Bəzi məlumatlara görə İngiltərənin müdafiəsi Liqasının rəhbəri Tommi Robinson da tutulanlarin içərisində olub. Onu iğtişaşa cəhddə günahlandırırlar.
Hüquq-mühafizə orqanlarının ciddi səyi nəticəsində iki qruplaşma arasında xoşagəlməz olaylar baş verməyib.

Əli
AzNews.az