Yüksək rütbəli məmur qumara görə vəzifəsini itirdi


AВŞ-ın strateji komandanlığında müavin vəzifəsini tutan Tim Cardin qumara olan marağının qurbanı olub. O,Ayovada kazinoda oyun zamanı 1,5 min dollarlıq saxta fişdən istifadə edib. Yerli mətbuatın məlumatına görə, hələ ötən il onun bu oyunlara marağı ilə bağlı araşdırma başladılıb.

Buna görə də növbəti hərəkəti onun vəzifəsi ilə vidalaşmasına səbəb olub. Yüksək rütbəli məmurun vəzifədən azad edilməsi barədə sanksiyanı şəxsən prezident Obama verib.

Elnur
AzNews.az