Dünyanın ən böyük iti öldü - FOTO

ABŞ-ın Arizona ştatında yaşayan ailəyə məxsus olan dünyanın ən böyük iti Nəhəng Corc ölüb.


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı itin sahibi Deyv Naser Facebook səhifəsində yayıb.

Qeyd edək ki, Nəhəng Corc 2010-cu ildə dünyanın ən böyük iti kimi "Ginnesin Rekordlar Kitabı"na düşmüşdü. Arxa pəncələri üstə duranda onun boyu 2,14 metrə çatırdı. İtin sahibinin dediyinə görə, it ayda 81 kq ət yeyirmiş.

Xəyalə
AzNews.az