İraqda 8 partlayış: xeyli ölən var

İraqın paytaxtı Bağdadın ayrı-ayrı bölgələrində meydana gələn 8 partlayışda ilkin məlumatlara görə, 42 nəfər ölüb, 54 nəfər yaralanıb.

Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, səhər saatlarında bomba yüklü avtomobillər partladılıb. Eyni vaxtda meydana gələn səkkiz partlayışda ilkin məlumatlara görə 42 nəfər ölüb, 54 nəfər isə yaralanıb.

Bazarları və parkları hədəfə alan hücumların Şabi, Məştəl, Hürriyyə və Seb-əl-Bur səmtlərində meydana gəldiyi bildirilir. İraq rəsmiləri ölənlərin sayının artmasından narahatdır. İraqda son həftələrdə xüsusilə bomba yüklü avtomobillərlə təşkil edilən hücumların artdığı qeydə alınıb.

Oktyabr ayında təşkil edilən hücumlarda bu ana qədər təxminən 600 nəfərin öldüyü bildirilir. Birləşmiş Millətlər Təşkilatı keçən ay İraqda törədilən hadisələr nəticəsində mindən artıq adamın öldürüldüyünü açıqlamışdı.

İbrahim
AzNews.az