Məhbuslar hamamın lyukundan qaçdı

Oklahomada 4 məhbus həbsxananın hamam otagının lyukundan qaçıb.

AzNews.az "NBC News"a istinadən xəbər verir ki, bu barədə polisə yerli sakinlər xəbər verib.

Onlar şəhərdə həbsxana paltarında olan şəxsləri gördüklərini bildirıblər. Bundan sonra həbsxanada yoxlama aparılıb və 4 məhbusun qaçdığı ortaya çıxıb.

Polisin məlumatına görə, məhbuslar duşun altındakı lyukdan qaçaraq su borularının yolu ilə "azadlığa çıxıblar".

Elnur
AzNews.az