Adolf Hitler 73 yaşına qədər yaşayıb - İddia

Hitlerin sevgilisi Eva Braun ilə birlikdə Cənubi Amerikaya qaçıb burada iki qız uşaqları olduqdan sonra 73 yaşına qədər yaşadığı və öz əcəli ilə öldüyü haqda iddialar İngiltərədə iki yazıçı arasında davaya çevrildi. İngilis yazıçısı Gerrard Williams və Simon Dunstan ortaq yazdıqları " Bozqurd: Adlof Hitlerin qaçışı" adlı kitabda Hitlerin döyüşü uduzduğunu anlayınca sığınacağın gizli bir tuneldən sevgilisi Eva Braun ilə birlikdə qaçdığını iddia edib. İddiaya görə, Hitler Argentina ya qaçaraq, orada Eva ilə evlənib. Cütün daha sonra iki qızı olduğu və Hitlerin öz əcəliylə ölənə qədər Cənubi Amerikada yaşadığı bidirilib. CNN Türk-ün müxbiri Mətn Günəşin verdiyi xəbərə görə, bu iddia indi davaya çevrilib. Bu mövzuda araşdırma aparan Argentinalı jurnalist Abel Basti William və Dunstan tərəfindən onun araşdırmasının oğurlandığını və Hitlerin yaşamasına aid iddianın ona məxsus olduğunu əsas gətirərək adı çəkilən hər iki yazıçını məhkəməyə verib.

Williams və Dunstan isə Bastinin iddialarını rədd edir.

Elman
AzNews.az