- Köhnə - Dünya
- 31 Oktyabr 2013 12:31
- 2 793
Suriyada qırğınlar davam edir: 58 ölü
AzNews.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda məlumatı Suriya İnsan Haqları Təşkilatı ( SNHR ) yayıb. Məlumatda Bəşər Əsədin ordu birliklərinin ölkə daxilində müxaliflərə qarşı ağır silahlarla reallaşdırdığı hücumlarda 6-sı uşaq, 4-ü qadın olmaqla 58 nəfərin öldüyü bildirilir.
Suriya Ümumi İnqilab Şurasının (SRGC ) açıqlamasına görə, Əsəd güclərinin paytaxt Şamın Muaddamiye, Dareya, Duma, Berzi və Haresta bölgəsinə raket və havan topları ilə təşkil etdiyi hücumlarda da böyük dağıntı meydan gəldiyi, habelə orduya aid döyüş təyyarələrinin şəhərin Şərq Guta bölgəsini bombaladığı da bildirilir.
Suriya rəsmi xəbər agentliyi SANA, təhlükəsizlik güclərinin, müxtəlif şəhərlərdə təşkil etdiyi əməliyyatlarda çox sayda silahlı qrupların zərərsiz hala gətirildiyi təsdiqlənib.
Elman
AzNews.az