- Köhnə - Dünya
- 3 Noyabr 2013 10:17
- 1 659
Yaponiyanın şərqində 5.0 bal gücündə zəlzələ
Yeraltı təkanlar yerli vaxtla saat 14.25-da qeydə alınıb. Zəlzələnin episentri İbaraki prefekturasında yerləşib. Zəlzələnin ocağı isə 70 kilometr dərinlikdə quru səthinin altında olub.
Dörd bal gücündə yeraltı təkanlar Yaponiyanın paytaxtı Tokioda, həmçinin 13 prefekturada, o cümlədən Fukusima, Tiba, Saytama, Kanaqava və digərlərində hiss olunub.
Zəlzələ nəticəsində dağıntılar, ölən və yaralananlar barədə məlumat daxil olmayıb.
AzNews.az