İmaməli Rəhmon Tacikistanın prezidenti seçildi

Tacikistan Mərkəzi Seçki Komissiyası dünən keçirilən prezident seçkilərinin ilkin nəticəsi barədə məlumat yayıb.

İlkin nəticələrə görə, hazırkı prezident İmaməli Rəhmon səsvermədə iştirak edənlərin 83,6 faizinin səsini toplayıb. Beləliklə də onun prezident seçilməsi barədə ilkin rəy açıqlanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İ.Rəhmonun rəhbəri olduğu partiya artıq qələbə ilə bağlı açıqlama yaymışdı.

Elnur
AzNews.az