Hava şarı partladı: yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında hava şarının partlaması nəticəsində 4 nəfər xəsarət alıb.

Milli.az bildirir ki, səbətində 5 nəfərin olduğu hava şarı hələlik bilinməyən səbəbdən Riversayd dairəsində yerə enən zaman partlayıb. Yaralılar yerli xəstəxanaya çatdırılıblar, onlardan birinin vəziyyətini həkimlər çox ağır dəyərləndirirlər.

Hadisənin təfərrüatları, eləcə də yaralıların adları açıqlanmır.

Riversayd dairəsi üzümlükləri və möhtəşəm mənzərələri ilə məşhurdur və turistlər arasında çox populyardır. Turistlərə bu gözəllikləri seyr etmək üçün hava şarında gəzinti təklif olunur. İyulda Temekyula vadisində ənənəvi şərab və hava şarları festivalı keçirilir.


AzNews.az