Vitse-merə hücum edən şəxsə ağlasığmaz cəza

Tallində şəhər merinin müavini Mixail Kılvarta hücum edən şəxs bunun üçün 20 avro cərimələnib.

Şəxsi ictimai asayişi pozmaqda ittiham ediblər.

AzNews.az Estoniynın polis departamentinə istinadən xəbər verir ki, 36 yaşlı Lauri adlı şəxs 20 avro ödədikdən sonra məsuliyyətdən azad ediləcək.

Qeyd edək ki, vitse-merə qarşı hücum bu ilin sentyabrında olub. Tallin kafelərindən birində ailəsi ilə birlikdə nahar edən vitse-merə yaxınlaşan şəxs siyasi və milli mövzuda təhqirlər səsləndirib.

Ancaq vitse-mer ona qarşılıq verməyəndə həmin şəxs onun başına vurub və daha sonra merin onu vurduğunu iddia edib.

Hadisə yerinə polis gəlib. Şəxs kafeni tərk etsə də onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Elnur
AzNews.az