- Köhnə - Dünya
- 14 Noyabr 2013 16:54
- 2 221
Liseyə silahlı hücum: 3 yaralı
 
            Hücum zamanı 3 şagird yaralanıb.
AzNews.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:45 radələrində baş verib. Şəxsiyyəti məlum olmayan 3 nəfər təxminən 1400 şagirdin oxuduğu Brashear Liseyinin tələbələrinə atəş açıb.
İlkin məlumata görə, biri ağır olmaqla, 3 şagird yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Cinayətkarları tutmaq üçün polis bölgədə geniş miqyaslı axtarışa başlayıb.
Elman
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            