İki ölkə İrana hücuma hazırlaşır - Müharibə

MOSSAD və Səudiyyə Ərəbistanı İrana hücum planı hazırlaşır. AzNews.az "The Sunday Times"a istinadən xəbər verir ki, Yerusəlim və Əl-Riyad hərbi müdaxiləyə hazırlıq planı üzərində işləyir. Müharibə İranın nüvə çalışmaları ilə bağlı danışıqların müsbət nəticə verməyəcəyi təqdirdə baş tutacaq.

Qəzetin yazdığına görə, tərəflər artıq Səudiyyə Ərəbistanınn İsrail təyyarələrinə öz ölkəsinin hava məkanından istifadəyə dair razılıq verib. Bundan başqa Əl-Riyad öz pilotsuz təyyarələrindən də İrana qarşı müharibədə istifadəyə imkan verəcək. Həmçinin yük vertolyotları və xilasetmə helikopterlərindən də istifadəyə icazə verib. "Ərəblər İsrailə mümkün olah hər şeylə kömək etməyə hazırdırlar" deyə qəzet vurğulayıb. Qəzet bildirib ki, hər iki ölkə noyabrın 20-də Cenevredə keçiriləcək danışıqların növbəti mərhələsinin nəticəsini gözləyir.

Elnarə
AzNews.az