Sabiq nazirin oğlu uşaqbazlıqda ittiham edilir


Malinin keçmiş daxili işlər nazirinin oğlu, Rusiya və Mali vətəndaşı Həmid Baqoyoko uşaqbazlıda ittiham edilir.

Sankt-Peterburqda işləyən eks nazirin oğlu 10 və 14 yaşlı qızlara qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir.

Hadisənin üstü qızlardan birinin bu barədə qardaşına xəbər verməsi ilə açılıb.

Sabiq nazirin oğlu qızları evlərədn birinin zirzəmisinə apararaq çirkin niyyətini həyata keçirib. Hadisə 2013-cü ilin yayında baş verib. Polis daxil olan məlumatın araşdırıldıını bildirib.

Ancaq santexnik işləyən sabiq nazir oğlu ittihamları qəbul etmir. Onun sözlərinə görə, ondan şikayət edən Leonid K. adlı şəxsin evində təmir işləri aparıb. Ancaq təmiri ləng etdiyi üçün şəxs ondan intiqam almağa çalışıb.

Elnur
AzNews.az