Adaya 2 min ölü siçan atıldı

Amerikanın Sakit okeandakı ərazisi olan Quam adasına 2 min ölü siçan aparılıb. Bu tədbir adada ilanlarla mübarizə aparmaq məqsədilə atılıb.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, siçanlar əraziyə xüsusi konteynerlərlə gətirilib.

Qəhvəyi rəngli zəhərli ilanlar adada 1950-ci illərdən peyda olmağa başlayıb. Bu ilanlar adada artıq 11 quş növündən 9-nu məhv edib.

İlanların uşaqlara hücumu da qeydə alınıb. Bundan başqa transformatorlara girən ilanlar qəzalara səbəb olur ki, bunun nəticəsində hər il 4 milyon dollar ziyan dəyir.

Hazırda adada 2 milyona yaxın belə ilan olduğu bildirilir.

Elnur
AzNews.az