Prezidentin əmisi Amerikadan deportasiya edilməyəcək


ABŞ prezidenti Barak Obamanın əmisi Onyanqo Obamanın Amerikadan deportasiya edilmək təhlükəsi aradan qalxıb.

Boston məhkəməsi prezidentin əmisinin qrin-kart almasına razılıq verib.

AzNews.az CNN-ə istinadən xəbər verir ki, prezidentin əmisi illərlə Amerikada qeyri-leqal yaşadığı üçün onu deportasiya təhlükəsi gözləyib. Ancaq məhkəmə belə bir qərar çıxarmayaraq prezidentin əmisinə qrin-kart almasına icazə verib.

Məhkəmənin bu qərarı miqrnatlarla bağlı federal qanuna əsasən çıxarılıb. Belə ki, qanuna əsasən 1972-ci ilin yanvarına kimi ölkəyə gələn şəxslərə Amerikada leqal şəraitdə yaşamağa icazə verilir. Prezidentin də əmisi uzun illər Amerikada yaşayaraq ərzaq mağazasında işləyib və vergiləri ödəyib.

Elnarə
AzNews.az