Mursinin 21 qadın tərəfdarı azadlığa buraxıldı

Misirin Apellyasiya Məhkəməsi ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin 21 qadın tərəfdarını azadlığa buraxıb. Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, onların arasında yetkinlik yaşına çatmayanlar da var. Qadınlar ötən ay etiraz aksiyalarında iştiraka görə həbs edilmişdilər. İstintaq onları terror qruplaşmasına üzvlükdə ittiham edirdi.

Qadınlar eks-prezident Məhəmməd Mursiyə dəstək mitinqlərində iştirak etmişdilər və 11 il müddətinə azadlıqdan məhrum edilmişdilər.


AzNews.az