ABŞ Rusiyaya xəbərdarlıq etdi

Rusiyanın Avropa ölkələri ilə sərhəddə İskəndər raketlərini yerləşdirməsi NATO-nu qorxuya salıb.

"Axar.az" xəbər verir ki, ABŞ Rusiyadan bölgədə təhlükəsizliyə səbəb olacaq addımlar atmamaq barədə xəbərdarlıq edib. Baltik ölkələrindən Litva və Latviyadan verilən açıqlamaya görə, Rusiyanın bu addımı AB və NATO ilə əlaqələrin inkişafına maneə törədəcək. Rusiyaya görə isə İskəndər raketlərinin qərbi Avropa ilə sərhəddə yerləşdirilməsi hər hansı bir beynəlxalq müqaviləyə zidd deyil. ABŞ-ın yaratmaq istədiyi mərmi müdafiə etmə sisteminə qarşı çıxan Moskva bunu milli təhlükəsizliyi baxımından təhdid olaraq qəbul edir.


AzNews.az