Avropa məhkəməsindən ədalətli qərar

Avropa insan haqları məhkəməsi Türkiyə İşçi Partiyasının lideri, ermənilər əleyhinə bəyanatları ilə məşhurlaşan Doğu Pərincəyin İsveçrə əleyhinə qaldırdığı şikayəti təmin edib.

ANS PRESS "Zaman" qəzetinə istinadən bildirir ki, məhkəmə söz azadlığı prinsipini üstün tutaraq Doğu Pərincəyin iddiasını təmin edib. Doğu Pərincək 2008-ci ildə İsveçrədə "erməni soyqırımı"nı inkar etməsinə görə mühakimə edilmişdi.

Türkiyə tərəfi ümid etdiyini bildirib ki, bu qərar presedent olacaq və "erməni soyqırımı"nı inkar etməyə görə cinayət işi qaldırmaq istəyən ölkələri çəkindirəcək.


AzNews.az