- Köhnə - Dünya
- 11 Fevral 2014 21:45
- 3 116
Kliçko: “Yalnız Yanukoviçin istefasından sonra onunla teledebata hazıram“
"Udar"ın lideri şərtinin mahiyyətini əsaslandıraraq qeyd edib:"Əvvəlcə o (Yanukoviç) kişiyanə bir addım atmalıdır. Bu çətin, ağır krizisə Ukraynanı onun hakimiyyəti aparıb. O bunu səmimi etiraf edərək istefa verməlidir. Prezident seçkiləri kompaniyasında mən istədiyi vaxt Yanukoviçlə hər bir debatda görüşməyə hazıram."
Xəbər verildiyi kimi, 9 fevralda Kliçko prezident Yanukoviçi növbəti bazar günü Kiyevdə Müstəqillik Maydanında mitinqçilərlə açıq debata dəvət etmişdi.
Bu gün, 11 fevralda isə prezidentin mətbuat xidməti məlumat yayıb ki, Yanukoviç Kliçko ilə ümummilli telekanallardan birində debatda iştirak etməyə hazırdır.
Azər
AzNews.az