- Fanat
- 21:04
- 823
Salah Cerrardın rekordunu təkrarladı
Məhəmməd Salah mersisayd derbisində növbəti dəfə fərqlənib.
Aznews.az xəbər verir ki, "Liverpul"un vingeri "Everton" ilə oyunda fasiləyə qədər hesabı açıb. Misirli futbolçu 29-cu dəqiqədə qol vuraraq derbidəki qol sayını 9-a çatdırıb.
Bununla da Salah Steven Cerrardın rekordunu təkrarlayıb. Hər iki futbolçu Premyer Liqa tarixində mersisayd derbilərində “Everton”a qarşı 9 qol vurub.