Kimyəvi maddə daşıyan qatar relsdən çıxıb

Fevralın 13-də ABŞ-ın Pensilvaniya ştatında kimyəvi maddə daşıyan qatar relsdən çıxıb.

Lent.az-ın "gazeta.ru"-ya istinadən məlumatına görə, olay əyalətin Vanderqift şəhərində baş verib. Vaqonlardan birindən kimyəvi maddənin sızdığı ehtimal edilir.

Bölgə fövqəladə hallar idarəsi bildirib ki, hadisə baş verən rayonun əhalisi köçürülür.
Xəsarət alanlarla bağlı məlumat yayılmayıb. Yükü növü də araşdırılır.


AzNews.az