900 illik gizli mesajın şifrəsi açıldı- FOTO


900 il bundan əvvəl Jötunvillur şifrəsiylə yazılan mesajın sirri elm adamları tərəfindən açılıb.


Independent qəzetinin yazdığına görə, Oslo Universitetində işləyən Jonas Nordby, 900 illik Viking şifrəsini oxumağı bacarıb.

Jötunvillur şifrəsiylə yazılmış mesajı açan Nordby, mesajda qarşı cinsə olan eşqin izah edildiyini açıqlayıb.

Taxtalar və sümüklərdən istifadə edərək yazıldığını söyləyən Nordby, xüsusilə romantik ismarışlara tez-tez rast gəlindiyini bildirib.

Nordby 1100 və 1300-cü illər arasında Runi yazılarında tez-tez rast gəlinən bu mesajlarda qarşı cinsə duyulan sevgi və heyranlığın izah edildiyini bildirib.

Nordbyın oxuduğu kitabədən bir nümunə də verib. Nümunədə "Geniş dağların ürpərtisi kimi sevirəm səni, möcüzə qadın ..." yazılıb.

Norveçli dilçi şifrəni çözərkən taxta parçasında iki adamın imzasının olduğunu, bu imzaların həm şifrəli dildə, həm də Runi yazısı ilə yazıldığı üçün oxuya bildiyini deyib. Şifrənin yazıldığı dil olan Jötunvillur kodu danışıq dilində istifadə edilmədiyini bildirən Nordby, bu kodun əyləncəli bir yazı praktikası olduğunu qeyd edib.

Elman
AzNews.az