- Köhnə - Dünya
- 21 Fevral 2014 22:57
- 3 517
Matteo Rentsi İtaliyanın Baş Naziri oldu

Xəbər verdiyimiz kimi, İtaliyanın prezidenti bu posta təyin edilərkən vəd etdiyi islahatları həyata keçirə bilmədiyinə görə Enriko Lettanı Baş Nazir vəzifəsindən kənarlaşdırmışdı. Onun yerinə İtaliya Demokrat partiyasının lideri Matteo Rentsinin namizədliyi irəli sürülmüşdü.
AzNews.az - ın xarici mətbuata istinadən verdiyi xəbərə görə 21 fevralda prezident Corcio Napolitanonun sərəncamı ilə Rentsi İtaliyanın Baş Naziri vəzifəsinin icrasına başlayıb.
İtaliya prezidenti Rentsinin təklif etdiyi hökumət heyətini təsdiq edib.
39 yaşlı Matteo Rentsi İtaliya tarixində ən gənc Baş Nazir olacaq.
Azər
AzNews.az