Yanukoviçin gizlinlərini ifşa etmək üçün sayt yaradılıb

Ukraynada jurnalistlərin təşəbbüsü ilə YanukovychLeaks.org internet resursu istifadəyə verilib.


Saytda Viktor Yanukoviçin gizli saxladığı sənədlər yerləşdiriləcək. ANS PRESS-in məlumatına görə, bu sənədləri jurnalistlərdən ibarət qrup Yanukoviçin "Mejiqore" adlı iqamətgahına baxış keçirən zaman tapıblar.

"İqamətgahdan əldə edilən sənədlər sistemləşdirilərək yavaş-yavaş saytda yerləşdiriləcək və bu saytı dünyanın hər yerindən izləmək mümkün olacaq. Burda həmçinin tapılan sənədlər əsasında araşdırma yazılar da dərc olunacaq", deyə saytda qeyd edilir.


AzNews.az
image description