- Köhnə - Dünya
- 28 Fevral 2014 22:05
- 4 336
Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edir

Bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
"Ukrayna vətəndaşı Viktor Yanukoviçin Rostov şəhərində mətbuat konfransı keçirməsi onun Rusiya Federasiyasında olduğunu təsdiqləyir", - Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd edilir.
Sənəddə Rusiya Baş Prokurorluğundan müsbət cavabın gözləndiyi bildirilir.
Xatırladaq ki, bu gün Viktor Yanukoviç hələ də Ukraynanın legitim prezidenti olduğunu və yeni hökuməti tanımadığını bəyan edib.(APA)