- Köhnə - Dünya
- 13 Mart 2014 21:43
- 1 873
Polşa iki rus xəfiyyəsini ifşa etdi

"Axar.az"ın Polşanın "Gazeta Wyborcza" qəzetinə istinadən məlumatına görə, agentlik məsələ ilə əlaqədar açıqlama verməyib. Ancaq məlum olub ki, həmin şəxslər bir həftə bundan öncə saxlanılıblar. Qeyd olunur ki, son bir neçə ildə Polşa əks-kəşfiyyat orqanları onlarla rus və belarus agentlərini saxlayıb. Belə ki, 2010-ci ildə "QRU" (Rusiyanın hərbi əks-kəşfiyyatı) əməkdaşları və 2011-ci ildə 2 KQB agenti həbs olunub.
Xatırladaq ki, Polşada NATO-nun genişmiqyaslı hərbi təlimləri keçirildi və Rusiyanın bu təlim zamanı xəfiyyə sistemini aktivləşdirəcəyi gözlənilən idi.
AzNews.az