- Köhnə - Dünya
- 23 Mart 2014 21:37
- 3 659
Əcnəbi könüllülər Krımın müdafiəsinə qalxır - Azərbaycanlılar da var

Bu barədə Ukraynadakı Türk-qarapapaqlar Şurasının sədri bildirib. Könüllülər öz dövlətlərinin rəsmi göstərişlərindən asılı olmayaraq hərəkət edəcəklər. Onlar həmçinin, Rusiyaya qarşı informasiya savaşı aparmağa hazırdırlar. Bu yolla onlar Krımın etnik əhalisi olan tatarları və digər türkləri qorumaq əzmindədirlər. "Çünki Rusiyanın aqressiv hərəkətləri digər ölkələrə, o cümlədən Qazaxıstana, Azərbaycana və ya Qırğızıstana da zərər vura dəyə bilər". Hazırda könüllülər qanun çərçivəsində hərəkət eləmək üçün rəsmi Kiyevin çağırışını gözləyirlər. Xatırladaq ki, Kreşatikdə ukraynalılar kütləvi şəkildə Milli Qvardiyanın sıralarına yazılırlar. Çağırış 20 min nəfərlik qvardiya üçün nəzərdə tutulub. ("Musavat.com")