Misir camaatı şokda: 529 nəfər edam olunacaq

AzNews.az xəbər verir ki, Misir camaatı günə şok bir xəbərlə başlayıb.

Əsası Misirdə Həsən Bənna tərəfindən qoyulan beynəlxalq dini-siyasi təşkilat olan "Müsəlman Qardaşlar"ın 529 üzvünə hökm oxunub.

Misir məhkəməsinin verdiyi qərara əsasən onlara "şiddətə çağırış"a görə edam cəzası verilib. Vəkil Əhməd Əl Şərif mətbuata verdiyi açıqlamada bildirib ki, məhkəmə 529 nəfərə edam cəzası verib, 16-sını isə günahsız adlandırıb. O, bu məhkəmənin bu qərarına etiraz olaraq lazımı yerlərə şikayət olunacağını vurğulayıb.

Xəyalə
AzNews.az