- Köhnə - Dünya
- 27 Mart 2014 08:26
- 2 236
Şəhər meri rüşvət aldığı üçün həbs edildi

APA-nın verdiyi məlumata görə, 47 yaşlı Patrik Kennon xüsusi xidmət orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Şəhər merinin həbsinə səbəb onun rüşvət almasıdır. Kennonu 1 milyon dollar məbləğindən artıq cərimə və 20 ilədək həbs cəzası gözləyə bilər.
Patrik Kennon Demokrat partiyasının üzvüdür, mer seçkilərində 2013-cü ilin noyabrında qalib gəlib.
Qeyd edək ki, Şarlott şəhəri Nyu-Yorkdan sonra ABŞ-ın ən iri maliyyə mərkəzidir. Burada ölkənin ən iri banklarından biri – Bank of Amerikanın baş ofisi və bir sıra iri korporasiyalar yerləşir.
AzNews.az