- Köhnə - Dünya
- 28 Mart 2014 21:25
- 2 206
Venesuelada kütləvi etirazlar - 37 ölü

AzNews.az xəbər verir ki, bu barədə yerli mətbuata ölkənin Baş prokuroru Luis Orteqa Dias məlumat verib.
Ölənlərin 29 nəfəri adi vətəndaş, 8 nəfəri isə güc strukturlarının əməkdaşlarıdır.
Venesuelada hakimiyyətin siyasətinə qarşı etirazlar fevralın ortalarından başlayıb və müxalifətin iğtişaşlar törətməsinə və küçələrdə barrikadalar qurmasına qədər gəlib çatıb.
Orteqa Diasın sözlərinə görə indiyə qədər 168 nəfər saxlanılıb. Paytaxt vilayəti Karakasda, Suliya, Araqua, Truxilo, Taçira,və Miranda ştatlarında tutulanların arasında ölüm cinayətində ittiham olunanlar var. Belə cinayətlərdə şübhəli bilinənlərdən 17 nəfəri hüquq - mühafizə orqanlarının əməkdaşı və 3 nəfər hərbiçi də var.
Azər
AzNews.az