“Boeinq“in kapitanı uçuşdan əvvəl arvadı ilə dalaşıb - İntihar?

Malayziya "Boeinq"i barədə tapmaca: itən avialaynerin kapitanı uçuş ərəfəsində arvadı ilə savaşıb və doğrudan da intihar barədə düşünə bilər. Doğrudanmı Malayziya Airlines - in yoxa çıxan təyyarə tapmacasının açması budur?

AzNews.az - ın xarici mətbuatdan əldə etdiyi bu yeni versiya bir az öncə "Sinxua" agentliyinin təyyarənin qara qutularından siqnallar qəbul edilməsi barədə yaydığı məlumat da iflasa uğradıqdan sonra meydana çıxıb. Məhz elə bu dəqiqələrdə məlum olub ki, qəbul edilən bu radiosiqnalların itmiş təyyarənin "qara qutuları"na qətiyyən aidiyyəti yoxdur.
Müəmmalı şəkildə yoxa çıxan bu təyyarə artıq aviasiya sahəsində ən bahalı axtarış - xilasetmə əməliyyatı hesab edilib. Və ümidlər də hər gün getdikcə azalır.
Məsələ ondadır ki, artıq 3 gündən sonra "qara yeşik"lərin radiomayaklarının akkumlyatorlarının enerjisi bitəcək, çünki bu batareyalar yalnız 1 ay enerji saxlamaq gücünə malikdirlər. Məhz bundan sonra hətta "yeşik"lər tapılsa belə onların yazısını oxumaq ən müasir və ən həssas hidrolakatorların belə imkanı xaricindədir.
Belə görünur ki, Malayziyada artıq təyyarəni və sərnişinləri kimin məhv etməsi barədə fikir artıq formalaşıb. Belə ki, Malayziya Boeinq - inin komandiri Zəkəriyyə Əhməd - Şahın ailə arxivinin kadrları öyrənilib. Komandir lap son günlər 28 illik evliliyindən olan 2 uşağından və arvadından boşanıb. Adamın inanmağı gəlmir ki, faciəli qəzanın məhz səbəbi bu ailə dramı olsun.
Güman edilən belə aviasiya intiharları barədə artıq yeni termin də yaradılıb. Belə ki, Serb professoru Boris Polojiy adına məhkəmə psixatriya üzrə elmi mərkəzdə yeni terminin məqsədəuyğuluğu məsələsinə baxılıb və bu termin artıq qəbul edilib - AVİAÇİD.

Xatırladaq ki, Kuala - lampurdan Pekinə uçan avialayner 8 mart gecəsi radarların ekranından yoxa çıxıb. O vaxtdan təqribən bir ay keçsə də, 26 dövlətin axtarmasına baxmayaraq təyarədən hələ də soraq əldə edilməyib.

Əli
AzNews.az