Ukraynada “Böyük Rusiya“nın lideri həbs edildi

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) rusiyameyilli "Böyük Rusiya" birliyinin lideri Yuri Aluxtini digər əlaltıları ilə birlikdə həbs edib.

AzNews.az - ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, onlar may ayının 9-da Xarkovda partlayışlar törətməyi palnlaşdırıblar.

İlkin istintaqa ifadə verən separatçı qrupun üzvləri bildiriblər ki, 9 May Qələbə gününə həsr olunan nümayiş zamanı regionda diversiya aksiyalarını törətməyi planlaşdırıblar.

İstintaq əməliyyat qrupunun üzvləri Yuri Aluxtinin ofisində "F-1" qumbarası, "Zoraki" tapançası, atılmağa yararlı döyüş patronları, üzərində Rusiya simvolları olan açıqçalar və separatçı xarakter daşıyan başqa simvollar götürülüb.

UTX əməkdaşları cinayətkarların vilayətdə olan baş ofislərində də axtarış aparıblar.

Hazırda həbs olunanlar barədə Ukrayna Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci bəndi ilə cinayət işi başlanıb.

UTX-nın mətbuat xidmətinin verdiyi xəbərə görə istintaq davam edir.

AzNews.az