Ukraynanın helikopteri vuruldu

Ukraynanın Slavyansk şəhəri ərazisində ölkənin Hərbi Hava Qüvvələrlərinin helikopteri vurulub.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Müdafiə Nazirliyi xəbər yayıb.

Ukrayna Müdafiə Nazirliyi iddia edir ki, Ukrayna Hərbi Hava Qüvvələrlərinə məxsus Mi-24 helikopteri döyüş patrul xidmətiini icra edərkən Slavyansk ərazisində vurulub.

MN mətbuat xidmətinin xəbərində helikopterin çaya düşdüyü, pilotların sağ qaldığı qeyd olunur.



AzNews.az