Daşlanaraq öldürülən hamilə qadının əri danışdı- video

Pakistanda Lahor məhkəməsi qarşısında ailəsi tərəfindən daşlanaraq öldürülən qadının əri deyir ki, hadisə zamanı polis kənarda durub baxırdı.

Anspress-in məlumatına görə, üç aylıq hamilə olan Farzana Parveen icazəsiz ərə getməkdə günahlandırılıb. Qardaşları və atası ona kərpic ataraq öldürüblər.

"Farzananı öldürürdülər, onlar da durub baxırdı, heç nə etmədilər", - onun əri Muhammad İqbal BBC-ə deyib.

Pakistanda hər il yüzlərlə "namus" qətli həyata keçirilir.

















AzNews.az