Rusiya prezidenti Vladimir Putin federasiyaya ilhaq edilən Ukraynanın Krım Muxtar Respublikasına iki günlük səfəri zamanı yarmadanın rəhbərliyi ilə görüşlərə başlayıb. Rusiya prezidenti Vladimir Putin federasiyaya ilhaq edilən Ukraynanın Krım Muxtar Respublikasına iki günlük səfəri zamanı yarmadanın rəhbərliyi ilə görüşlərə başlayıb.

Putin Krımda görüşlərə başladı

Rusiya prezidenti Vladimir Putin federasiyaya ilhaq edilən Ukraynanın Krım Muxtar Respublikasına iki günlük səfəri zamanı yarmadanın rəhbərliyi ilə görüşlərə başlayıb.



AzNews.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, V. Putin avqustun 13-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasını keçirib, yarmadanın siyasi dairələri ilə görüşüb, Krımın sosial-iqtisadi problemlərinə həsr edilən iclasda iştirak edib.

Həmçinin, Putin Sevastopol qubernatoru Serqey Menyaylo və Krımın rəhbəri vəzifəsini icra edən Serqey Aksyonovla atrı-ayrılıqda görüşüb.

Putini səfər zamanı baş nazir Dmitriy Medvediyev, Dövlət Dumasının sədri Serqey Narışkin, o cümlədən Rusiya parlamentinin komitə sədrləri və siyasi fraksiyalarının rəhbərləri, nazirlər müşayiət edir.

Səfər çərçivəsində V. Putin Krımın mədəniyyət nümayəndələri ilə də görüşəcək.

Məhəmməd
AzNews.az