Donetskdə separatçıların lideri tutuldu

Ukraynanın Donetsk vilayətinin Artyomovsk şəhərində DİN qüvvələri separatçıların liderlərindən biri olan Semyon Xodakovskini saxlayıb.

APA-nın "UNİAN"a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Kiyevdə keçirilmiş brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin sözçüsü Andrey Lısenko Ukrayna daxili işlər nazirinin müşaviri Zoran Şkiryaka istinadla bildirib.

"Xodakovski şəhər şurasına hücumda və onun zəbt edilməsində iştirak edib. Saxlanılarkən yaralanıb. Hazırda terrorçu ifadə verir. Müəyyən olunub ki, o qondarma Donetsk Xalq Respublikasının quldur dəstələrindən birinin lideri olub, xarici legionda uzun müddət xidmət edib və böyük hərbi təcrübəyə malikdir", deyə Lısenko bildirib.

AzNews.az