“Rusiyanın Ukraynanı işğalı etmək niyyəti Putinin məğlubiyyəti ilə yekunlaşacaq”. “Rusiyanın Ukraynanı işğalı etmək niyyəti Putinin məğlubiyyəti ilə yekunlaşacaq”.

“Putin məğlub olacaq” - ABŞ-ın keçmiş dövlət katibi

“Rusiyanın Ukraynanı işğalı etmək niyyəti Putinin məğlubiyyəti ilə yekunlaşacaq”.



AzNews.az-ın məlumatına görə, "Azadlıq" radiosu xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Stroub Telbot deyib.

O bildirib ki, artıq Rusiya Ukraynaya hərbi müdaxiləsini gizlətmir. Vəziyyətin belə davam etməsi Rusiya prezidenti Vladimir Putinin məğlubiyyəti olacaq: "Biz danışıqlarda terminlər haqda düşünməyi dayandırmalıyıq. Rusiya artıq Ukraynaya soxulub. Onlar bunu gizli şəkildə həyata keçirdilər. Amma indi bu gizli deyil. Putin və rusiyalılar ümumilikdə məğlub olacaqlar".

Xatırladaq ki, ABŞ və Avropa İttifaqı Ukraynaya görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Məhəmməd
AzNews.az